Fələstinlilərin yerli idarəetmə orqanlarını müəyyənləşdirmək üçün sabah sandıq başına gedəcəyi bildirilib. Fələstin Mərkəzi Seçki Komissiyasından verilən yazılı açıqlamaya görə, 25 aprel tarixində Qəzza zolağındakı Deyr əl-Bəlah şəhəri və işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəria) keçiriləcək seçkilərdə bələdiyyə məclisləri üçün 321 siyahı üzrə 1200-ü qadın olmaqla, cəmi 3 773 namizəd, kənd məclisləri üçün isə 93 kənd şurasında 1 358 nəfər mübarizə aparacaq.
#səsvermə prosesi
Niderlandda keçirilən ümumi seçkilərdə səsvermə prosesi bu gün başlayıb. Ölkədə yerli vaxtla saat 10:30-da başlayan səsvermə 23:00-a qədər davam edəcək. Seçkilərdə 27 siyasi partiya və min 166 namizəd parlamentdəki 150 yer uğrunda mübarizə aparır. Namizədlər arasında 34 türk mənşəli siyasətçi də yer alır. Ekspertlərə görə, heç bir partiyanın 76 deputatlıq çoxluq əldə edərək təkbaşına hökumət qurması gözlənilmir.