Qəzzanın Bureyc qaçqın düşərgəsində İsrail hava zərbəsi nəticəsində "Əl-Cəzirə Mübaşir" kanalının operatoru Əhməd Vişah həlak olub. "Əl-Cəzirə" hadisəni jurnalistlərə qarşı növbəti hücum kimi qiymətləndirib. Gün ərzində Qəzzada baş verən hücumlarda azı 10 nəfərin öldüyü bildirilir. Əhməd Vişahın qardaşı Məhəmməd Vişah da bu ilin aprel ayında İsrail atəşi nəticəsində həyatını itirmişdi. İsrail ordusu onun HƏMAS-la əlaqəli olduğunu iddia etsə də, bununla bağlı sübut təqdim etməyib. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada azı 260 jurnalist öldürülüb. Hadisə beynəlxalq media qurumlarının diqqətini cəlb edib. Bölgədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.
#Əl-Cəzirə
İsrailin Baş naziri Benyamin Netanyahu yeraltı sığınacaqda keçirdiyi mətbuat konfransında İranla müharibənin gedişatı barədə mühüm bəyanatlar verib. Baş nazir müharibənin 20-ci günündə İranın nüvə və raket potensialının böyük ölçüdə məhv edildiyini, İsrailin artıq regional fövqəldövlətə çevrildiyini bildirib.
Qətərin paytaxtı Dohada bir neçə partlayış səsi eşidilib, şəhərin mərkəzindən tüstü qalxdığı bildirilib. Şahidlər, hadisənin mərkəzi məhəllələrdən birində baş verdiyini təsdiqləyiblər. İsrail mediası yüksək rütbəli israilli rəsmiyə istinadla, Dohada baş verən partlayışların İsrailin HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi suiqəsd əməliyyatı olduğunu bildirib. İsrail ordusunun radio kanalı da açıqlamasında hücumu üstlənib. “İsrail, Qətərdəki HƏMAS rəhbərliyini hədəf alıb. Əməliyyat HƏMAS liderliyinin ən yüksək səviyyəsini vurmaq məqsədi daşıyırdı”- deyə bildirib.
Xəstəxana rəsmiləri hücumun məqsədyönlü şəkildə jurnalistləri hədəf aldığını bildiriblər. İsrail ordusu Ənəs əl-Şərifin öldürüldüyünü təsdiqləyərək onu “HƏMAS hüceyrə lideri” olmaqda ittiham edib. Lakin “Əl-Cəzirə” və Fələstin tərəfi bu iddiaları rədd edərək hadisəni mətbuat azadlığına qarşı açıq hücum kimi qiymətləndirib. Hücum nəticəsində fotojurnalistlər İbrahim Zahir, Mömin Alive və Məhəmməd Nəvfəl də həyatını itirib, bir neçə jurnalist yaralanıb.
AzerVoice xəbər verir ki, Sudan Həkimlər Mərkəzi Komitəsi (CCSD) ölkədə sağlamlıq böhranının getdikcə dərinləşməsi nəticəsində əl-Hilaliyah şəhəri və Əl-Qədarif əyalətinin ətraf bölgələrində ən azı 73 nəfərin həyatını itirdiyini açıqlayıb.