#Dəmir yolu infrastrukturu

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu ölkədə dəmir yolu infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, dəmir yolları 2026-cı ilə qədər 14 min 437 kilometrə çatacaq və bu sahədə aparılan layihələr Türkiyəni Avrasiyanın logistik supergücünə çevirməyi hədəfləyir. Nazir bildirib ki, Cümhuriyyətin ilk illərində başlanan dəmir yolu inkişafına verilən fasilə artıq aradan qaldırılır.