#TOBB

2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Azərbaycan kapitalı ilə 75 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 458 milyon 250 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 88 milyon 690 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (64) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 435 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.