#Qida Təhlükəsizliyi Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə görüşüb. Tərəflər kənd təsərrüfatı sahəsində mövcud durum və aqrar sahənin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb. İctimai Şura üzvləri arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud olan çətinliklər barədə fikirlərini AQTA təmsilçiləri ilə bölüşüblər.

Azərbaycan müxtəlif dövlət və təşkilatlara halal sertifikatlaşdırma xidməti göstərir ki, bunlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutudur. Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. “İnstitut Türkiyə Respublikasının halal akkreditasiya qurumu tərəfindən akkreditasiya olunmuşdur və halal uyğunluq sertifikatı təqdim etmək hüququna malikdir”, - deyə Təhməzli bildirib.