#Muxtar Qasımlı

“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının şəhadətinin 5-ci ildönümündə məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən QSC-nin rəhbərliyi və kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb. “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə ağır döyüşlərin getdiyi Alxanlı kəndində qəhrəmancasına vuraşaraq şəhidlik zirvəsinə ucalıb.