#BMT

Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Livanın Baş naziri Nəvaf Salam ilə görüşəcək. Yelisey sarayından verilən məlumata görə Fransa lideri görüş zamanı Livandakı atəşkəs rejiminə tam sadiqliyini və ölkənin ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək. Pakistan isə ABŞ və İran arasında atəşkəs müddətinin çərşənbə günü başa çatması ərəfəsində yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazırlaşır.

İranın məhkəmə orqanları bildirir ki, hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib. İddialara əsasən, Mirjafari dövlət təhlükəsizliyinə qarşı fəaliyyətlərdə iştirak etməkdə və xarici kəşfiyyat şəbəkələri ilə əlaqədə günahlandırılıb. Hadisənin ölkədə sosial-iqtisadi narazılıqlar fonunda keçirilən etiraz aksiyaları zamanı baş verdiyi qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçiləri Avropa Birliyinə müraciət edərək, İsrail ilə 2000-ci ildən bəri qüvvədə olan tərəfdaşlıq sazişinin dərhal dayandırılmasını tələb ediblər. Məruzəçilər bu tələbi İsrailin beynəlxalq hüququ, o cümlədən insan haqlarını kobud şəkildə pozması və Qəzzada törədilən hərbi cinayətlərlə əsaslandırıblar.

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Hörmüz boğazındakı dəniz blokadası cəhdinin beynəlxalq hüquqa zidd və açıq təcavüz aktı olduğunu bildirib. BMT Baş Assambleyasında çıxış edən İrəvani Rusiya və Çinin Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı qətnamə layihəsinə veto qoymasını "haqlı və zəruri" addım kimi qiymətləndirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İstanbulda keçirilən “Parlamentlərarası İttifaqın (PAB) 152-ci Baş Assambleyasının Açılış Mərasimi”ndə çıxış edib. Çıxışı zamanı İsrailin beynəlxalq hüququ pozan hərəkətlərinə toxunan Kurtulmuş, bu ölkənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) üzvlüyünün dondurulması üçün çağırış edib.

BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü verdiyi bəyanatda Sudan müharibəsinin üçüncü ildönümünün "faciəvi bir mərhələ" olduğunu bildirib və bu "kabusa" son qoymağa çağırıb. Berlin şəhərində keçirilən beynəlxalq donorlar toplantısına video-ismarıçla qatılan Quterreş Sudanın böyük vədlər verən bir ölkədən dünyanın ən böyük humanitar böhran ocağına çevrildiyini vurğulayıb.

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İordaniyadan təzminat tələb etdiklərini bildirib. Bildirilib ki, məktubda adı çəkilən ölkələrin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda iştirak etdikləri və ərazilərindən istifadə olunmasına şərait yaratdıqları iddia olunur.

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casem Albudaiwi bazar ertəsi günü Riyadda Ukraynanın Səudiyyə Ərəbistanındakı səfiri Anatoli Petrenko ilə görüşüb. Görüş zamanı tərəflər arasında 2025-2030-cu illəri əhatə edən Birgə Fəaliyyət Planı əsasında KƏŞ və Ukrayna arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələri və bu əlaqələrin gücləndirilməsi yolları müzakirə edilib.