Eyüpsultan rayonunda, TEM magistralının 5-ci Levent ərazisində 17 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qəza səbəbindən magistralın həm Edirnə, həm də Ankara istiqamətlərində ciddi tıxaclar yaranıb. Rəsmi məlumatlara görə, toqquşmada iştirak edən bütün nəqliyyat vasitələri müxtəlif dərəcədə ziyan görüb.