9 dekabr, 2025-ci il tarixində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahını ziyarət edərək Təşkilatın Prezidenti Aktotı Raimkulova ilə görüşüb. Ziyarət çərçivəsində ICESCO nümayəndə heyətinə Fondun mədəni irsin tədqiqi, qorunması və təbliği istiqamətində həyata keçirdiyi layihələr təqdim edilib, elmi əməkdaşlığın genişləndirilməsi və institusional tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində vacib məsələlər müzakirə olunub.
#Salim bin Məhəmməd əl-Malik
21 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik Türkistana səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüş keçirib. , Görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi, həmçinin gələcəkdə birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar “Divani Lüğət it-Türk” adlı Beynəlxalq Sərgisi və orada təqdim olunan nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar ilə tanış olublar.