Ağalı kəndində məskunlaşan və yaşayan sakinlər üçün müraciət prosesi 13 mart tarixinədək davam edəcək. Torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş qaydalar əsasında icra olunur.
#Ağalı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bu barədə AzerVoice-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev deyib.