ABŞ Ali Məhkəməsi prezident Donald Tramp tərəfindən digər ölkələrə qarşı tətbiq edilən bir sıra gömrük rüsumlarının qanuniliyini sürətləndirilmiş prosedurla araşdırmağa razılıq verib. Məhkəmənin yaydığı bildirişə əsasən, tərəflərin dinləmələri bu ilin noyabr ayında başlayacaq. Sənəddə qeyd olunub ki, dinləmələr 2025-ci ilin noyabr ayının ilk həftəsinə təyin edilib. Tərəflər öz arqumentlərini yazılı şəkildə sentyabrın 19-dək məhkəməyə təqdim etməlidirlər. Rüsumlar məhkəmə araşdırması başa çatana qədər qüvvədə qalacaq.