#Xocalı Xanyurdu

Növbəti köç karvanları Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə - 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə - 34 nəfər köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. AzerVoice xəbər verir ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 15 ailə olmaqla 46 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən Xocalı rayonunun Xanyurdu kəndində yola salınıb. Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.