Almaniyadan Suriyaya qayıdan qaçqınların sayı, keçmiş prezident Bəşşar Əsəd rejiminin devrilməsindən sonra yavaş-yavaş artır. Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun sonunadək 1 867 suriyalı qaçqın hökumətin maliyyələşdirdiyi proqram çərçivəsində vətəninə dönüb. Müqayisə üçün, may ayının sonunadək bu dəstəkdən cəmi 804 nəfər istifadə etmişdi. Bundan əlavə, Almaniyanın bəzi əyalətləri də Suriyaya dönüşü maliyyələşdirən xüsusi proqramlar təqdim edir. Dövlət dəstəyi olmadan könüllü şəkildə qayıdan suriyalılar da var. Əsədin 8 dekabr gecəsi devrilməsindən sonra geri dönüşlər əsasən qonşu ölkələrdən – Türkiyə, Livan, İordaniya və İraqdan həyata keçirilib.