"Reuters" xəbər agentliyinin Ağ Evdəki yüksək rütbəli rəsmiyə istinadən verdiyi məlumata görə, Prezident Donald Tramp Avropada yerləşdirilmiş bəzi ABŞ hərbi qüvvələrinin geri çəkilməsi variantını ciddi şəkildə nəzərdən keçirir. Ağ Ev rəsmisi bildirib ki, bu addım Tramp administrasiyasının qlobal hərbi mövcudluğu yenidən qiymətləndirmək və müttəfiqlərin müdafiə xərcləri ilə bağlı öhdəliklərini artırmaq strategiyasının tərkib hissəsidir.
#ABŞ Quru Qoşunları
ABŞ Quru Qoşunları Kaliforniya startapı “TurbineOne” ilə döyüş tapşırıqlarında süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilənin dəyəri 98,9 milyon dollar təşkil edir. Layihə çərçivəsində kəşfiyyat məlumatlarını emal edən və döyüş meydanında mümkün təhlükələri, o cümlədən düşmənin gizli mövqelərini və ya pilotsuz uçuş aparatlarını (PUA) müəyyənləşdirən proqram təminatından istifadə olunacaq.