#Latın Amerikası təhlükəsizlik böhranı

ABŞ prezidenti Donald Tramp Karib dənizinin cənubunda Venesueladan çıxış edən sürət qayığına qarşı həyata keçirilən hərbi əməliyyat nəticəsində “Tren de Aragua” qrupuna məxsus 11 nəfərin öldürüldüyünü açıqlayıb. Yayımladığı mesajında hücumun beynəlxalq sularda baş verdiyini və əməliyyatda ABŞ hərbçilərinin itki vermədiyini bildirib.