Oğul Bey bölgənin ən qabaqcıl müdafiə texnologiyaları mərkəzlərindən biri olacaq. Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “ASELSAN-a məxsus ümumi dəyəri 280 milyon dollar olan 14 mühüm obyektin rəsmi açılışını etdik. Eyni zamanda, 900 futbol meydançasından daha böyük bir ərazidə, bir milyard yarım dollarlıq sərmayə ilə inşa edilən Oğul Bey Texnologiya Mərkəzinin təməlini qoyduq. Bu strateji layihə tamamlandıqda, bölgənin ən müasir müdafiə texnologiyaları mərkəzlərindən birinə çevriləcək”, – deyə dövlət başçısı bildirib.
#ASELSAN 2025
Dünyanın ən nüfuzlu müdafiə sənayesi reytinqi sayılan “Defense News Top 100” siyahısında bu il beş Türkiyə şirkəti yer alıb. Siyahıda ASELSAN 43-cü, TUSAŞ 47-ci, Roketsan 71-ci, ASFAT 78-ci, "Makine ve Kimya Endüstrisi" (MKE) isə 80-ci pillədə qərarlaşıb. Şirkətlər arasında ən böyük yüksəlişi ASFAT nümayiş etdirib. Belə ki, şirkət ötən illə müqayisədə 16 pillə irəliləyib.