#İran - Rusiya münasibətləri

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edərək, iki ölkə arasındakı münasibətlərin sarsılmaz strateji tərəfdaşlıq səviyyəsində olduğunu bəyan edib. Görüşdə Rusiya XİN rəhbəri Sergey Lavrov və GRU rəisi İqor Kostyukovun iştirakı müzakirələrin həm diplomatik, həm də hərbi-strateji əhəmiyyətini nümayiş etdirib.

İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyov və onu müşayiət edən nümayəndə heyətini Tehranda qəbul edib. görüşdə Tehran-Moskva münasibətlərinin yeni əməkdaşlıq mərhələsində “mükəmməl və inkişaf edən” səviyyədə olduğu vurğulanıb. Pezeşkian ikitərəfli təmasların sürətlənməsindən məmnunluğunu ifadə edib. Prezident iki ölkə arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlıq sazişinin güclü, sürətli və dəqiq şəkildə icrasına sadiq olduqlarını bildirib. Onun sözlərinə görə, nəqliyyat, energetika, neft və qaz, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik sahələrində razılaşdırılmış layihələrin həyata keçirilməsi davam edir.

İran və Rusiyanın Bağdaddakı səfirləri İraqda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədəki son hadisələri müzakirə edərək, seçkilərin İraqın sabitliyi və inkişafı üçün əhəmiyyətini vurğulayıblar. Bazar ertəsi keçirilən görüşdə İranın Bağdad səfiri Məhəmməd Kazem Əl Sadiq və Rusiyanın səfiri Elbrus Kutraşev seçki dövründə İraqdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

İranın islahatçı lideri Mehdi Kərrubi bəzi parlament üzvlərini Rusiya prezidenti Vladimir Putinə “həddindən artıq sədaqət” göstərməkdə ittiham edib. Bu bəyanat parlament sədri Məhəmməd Bağır Qalibafın bir neçə gün əvvəl ölkə daxilindəki tərəfləri Rusiya–İran münasibətlərinə “ziyan vurmaq təhlükəsi” barədə xəbərdarlığından sonra səslənib.

Artıq rusiyalı vətəndaşlar vizanı müstəqil şəkildə əldə edə bilməyəcəklər. Viza müraciətləri yalnız yerli turizm şirkətləri vasitəsilə və rusiyalı operatorların xətti ilə həyata keçiriləcək. Səfirliyin açıqlamasına görə, qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlıdır və əsas məqsəd “arzuolunmaz şəxslərin ölkəyə daxil olmasının qarşısını almaqdır”. Qeyd edək ki, 2023-cü ildə İran Rusiya və 32 ölkənin vətəndaşları üçün viza tələbini ləğv etmişdi ki, bu da turizmi artırmaq məqsədi daşıyırdı. Lakin son qərar bu imtiyazı ləğv edərək, rusiyalı turistlər üçün girişi çətinləşdirib.