#Yaxın Şərq xəbərləri

Pakistan hökuməti Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə həm Livan, həm də Yəmən cəbhələrində atəşkəsin təmin edilməsi istiqamətində diplomatik səylərini artırıb. Rəsmi İslamabad hər iki bölgədə hərbi əməliyyatların dayandırılması üçün fəal iş aparır. Pakistanın vasitəçilik missiyası regional sabitliyin bərpasına və humanitar böhranın dərinləşməsinin qarşısını almağa yönəlib.

BMT Təhlükəsizlik Şurası cümə axşamı günü Livanın cənubundakı sülhməramlı qüvvələrin (UNIFIL) mandatını sonuncu dəfə uzadaraq, 2027-ci ildə onların mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan proqram qəbul edib. Bu qərar İsrail və ABŞ-ın tələbi əsasında gündəmə gətirilib. “UNIFIL-in mandatı sonuncu dəfə 31 dekabr 2026-cı ilədək uzadılır və həmin tarixdən etibarən bir il ərzində tədricən, əlaqələndirilmiş və təhlükəsiz şəkildə çıxarılma prosesinə başlanacaq”, - Şuranın yekdilliklə qəbul etdiyi qətnamədə bildirilib.