#Dövlət Məşğulluq Agentliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal və xidmət sahələrində kiçik biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim edilir.

Cari ildə əlilliyi olan 1261 şəxs üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb. Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası tədbirləri ilə yanaşı, onların əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluğunun təminatı istiqamətində də mühüm işlər aparılır.

29 noyabrda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları üçün “İKT Karyera Sərgisi” keçirilib.

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir. Yarmarkada işsiz və işaxtaran şəxslərə mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və s. işlər üzrə 67 vakansiya təqdim edilib.