“SPORT MASTER İdman Klubu”nun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında idman karatesi üzrə turnir keçirilib. AzerVoice xəbər verir ki, yarışda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, beynəlxalq dərəcəli 3 Dan qara kəmər ustası Rəşidə Rəşidovanın tələbəsi Banu Cumayeva da iştirak edib.