Ərəbcə “qəlib” kökündən gələn və ağırlığı müəyyənləşdirilmiş, üstündə aid olduğu dövləti göstərən simvol və yazılar olan metal pul vahidi üçün istifadə olunan termin. İslam dünyasında Əməvilər dövründən etibarən dövlət müstəqilliyinin simvolu kimi kəsilən sikkələrdə ilk dövrlərdə hökmdarın adı, ünvanı, dua və digər dini ifadələr qeyd olunurdu. Türk-İslam dövlətlərinin bir çoxunda isə sikkələrdə təsvirlərdən də istifadə olunmuşdur.