#Qərbi Şəriə

Suriya Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi, səfir İbrahim Ulabi işğal altındakı Qolan Təpələrinin Suriya torpağı olduğunu və ölkəsinin buranın tamamını İsraildən geri almaq hüququna malik olduğunu açıqlayıb. Suriya dövlət televiziyası El-İhbariye-nin xəbərinə görə, Ulabi hər iki tərəfin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq məqsədilə Suriya və İsrail arasında aparılan danışıqların ABŞ Prezidenti Donald Trampın müşahidəsi altında keçdiyini bildirib.

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı E1 bölgəsində yeni məskunlaşma planını təsdiqləməsinə sərt reaksiya verib. Nazirlik bu barədə yaydığı yazılı bəyanatda İsrailin atdığı addımı qınayıb. Bəyanatda qeyd olunur ki, E1 bölgəsində məskunlaşma inşası planı Qərbi Şəriə ilə Şərqi Qüdsü faktiki olaraq bir-birindən ayıracaq və bu, beynəlxalq hüquqa və BMT qətnamələrinə açıq-aşkar ziddir.