#Gənclərin bilik və bacarıqları

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 28 iyul – 1 avqust tarixlərində Goranboy Olimpiya İdman Kompleksində “Gənclər Düşərgəsi” keçirilib. Beş gün davam edən bu düşərgə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 50 aktiv gənc bir araya gələrək həm biliklərini artırmaq, həm də şəbəkələşmək imkanı əldə edib. Gənclər üçün müasir əmək bazarının tələblərinə uyğun, praktik bacarıqların inkişafına yönəlmiş bir sıra təlimlər təşkil olunub.