#Kataib Hizbullah

ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar paketi İraq siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Xüsusilə “Həşd əş-Şaabi” Təşkilatının iqtisadi qolu sayılan “əl-Mühəndis” Dövlət Şirkətinin sanksiya siyahısına salınması, ölkənin əsas şiə siyasi güclərindən biri olan Koordinasiya Çərçivəsi qüvvələrinin ciddi narazılığına gətirib çıxarıb. Bu qüvvələr Vaşinqtonun addımını İraqın suverenliyinə və milli institutlarına birbaşa müdaxilə kimi qiymətləndirirlər.

İranın Bağdaddakı təsiri, şiə dini lider Ayətullah Əli Sistaninin rəhbərlik etdiyi Nəcəf dini mərcəliyi qarşısında zəifləyir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi dairələrinin silahlı qrupları silahların məhdudlaşdırılması və “Həşdi-Şaabi”nin dövlət strukturlarına inteqrasiya planlarına qarşı yönləndirmə cəhdlərinə baxmayaraq, İraq şiələrinin dini rəhbərliyi hakim koalisiya ilə ciddi problemlər yaşayır. Hakimiyyət isə böhranın dərinləşməsini önləməkdə ləngiyir və vəziyyət “qaynama nöqtəsinə” yaxınlaşır.