#Silah və sursat ixracatı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 41 əyalətdə eyni vaxtda keçirilən silah və sursat qaçaqmalçılığına qarşı əməliyyatlar barədə məlumat verib. Nazir sosial media hesabında paylaşdığı açıqlamada 135 nəfərin saxlanıldığını bildirib. Ali Yerlikayanın sözlərinə görə, Adana, Ərzincan və Van mərkəz olmaqla həyata keçirilən əməliyyatlar zamanı 95 ədəd lisenziyasız tapança, 3 min 116 ədəd pnevmatik tapançadan çevrilmiş odlu silah, 31 ədəd qeydiyyatsız ov tüfəngi, 2 ədəd əl bombası və 19 min 467 ədəd silah hissəsi ələ keçirilib.

İspaniya hökuməti İsrailə qarşı “istisnasız” silah embarqosu tətbiq etməyi planlaşdırır. Hökumətdə həmçinin İsrailin yüksək vəzifəli rəsmilərinin – Baş nazir Benyamin Netanyahu, xarici işlər naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçin persona non grata elan olunması ehtimalı müzakirə olunur.

Türkiyənin orta-yüksək və yüksək texnologiyalı məhsul istehsalını əhatə edən "kritik texnologiya" ixracatı bu ilin ilk 6 ayında 51,9 milyard ABŞ dollarına çatıb. İllərdir rəqabətə davamlı istehsala yönəlmiş sənaye sahəsinə sərmayə, istehsal, məşğulluq və ixracatı artıracaq siyasətlərə önəm verən Türkiyənin bu sahədəki səyləri ixracat göstəricilərinə də əks olunub.