Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.
#Prezident İlham Əliyev
Şavkat Mirziyoyev dövlətimizin başçısını və qardaş Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, öz növbəsində Şavkat Mirziyoyevi və qardaş özbək xalqını bayramlar münasibətilə təbrik edib, Özbəkistana gələcəkdə də firavanlıq və rifah arzulayıb. Telefon söhbəti zamanı, həmçinin Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib. Azərbaycan və Özbəkistan prezidentləri Yaxın Şərqdəki mövcud vəziyyətdən narahatlıqlarını ifadə edib, gərginliyin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. Telefon danışığı əsnasında, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavənd rayonunun Xanoba kəndinə səfərindən görüntülər paylaşılıb. Paylaşımda qeyd olunub: "Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir".
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocavəndin Xanoba kəndində həmin kəndə qayıdan sakinlərlə görüşüblər. Daha sonra Prezident sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndinə səfər zamanı maraqlı hadisə yaşanıb. Səfər çərçivəsində kənd sakinləri ilə səmimi görüş keçirilib və tədbir zamanı diqqət çəkən anlardan biri azyaşlı sakinin davranışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.Sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər. Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.
Hörmətli cənab Baş nazir. Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır. Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur. Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm
Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır.
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb. Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubu ünvanlayıb.bu barədə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasının sonunda məlumat verib. Milli Məclisin sədri sözügedən təbrik təklifi ilə çıxış edib. Spikerin təklifi alqışlarla qəbul edilib.