Niderland Krallığı Senatının sabiq sədri Rene van der Linden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
#Prezident İlham Əliyev
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Azərbaycanın xarici siyasətində müsəlman və ərəb ölkələri ilə əlaqələr prioritetdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu dedi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd etdi.
Regiondakı olaylarla əlaqədar öz mövqeyini sərgilədiyinə görə Azərbaycan və Prezident İlham Əliyevə təşəkkür edirəm. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün (11 fevral) Tehranda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyi ilə əlaqədar təşkil olunan tədbirdə deyib. İran prezidenti həmçinin Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrə öz təşəkkürünü bildirib.
Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana bu ölkənin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanda rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti ilə görüşündən görüntülər paylaşılıb. "Prezident İlham Əliyevin Azərbaycanda rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti ilə görüşü (10.02.2026)
Prezident İlham Əliyev Trampdan başqa dünyada həm İsraillə, həm də Türkiyə ilə əla münasibətləri olan yeganə liderdir. Bu sözləri ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
TRIPP çox etibarlı və təhlükəsiz nəqliyyat dəhlizi olacaq. Bu fikirləri Prezident İlham Əliyev ABŞ-nin Vitse-Prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.
Xəbər verdiyimiz kimi, fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.
“Biz, eyni zamanda, əməkdaşlığın, həmçinin müdafiə sahəsindəki avadanlıqların satışı ilə bağlı növbəti səhifəsini açırıq. Süni intellekt mərkəzlərinin yaradılmasına gəldikdə, bu, bu gün bizim ikitərəfli gündəliyimizin bir hissəsidir. Bizim artıq Amerikanın aparıcı şirkətləri ilə ilkin nəticələrimiz var”.