#Prezident İlham Əliyev

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulandı, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirildi, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb. Söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirildi.

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunub: "Zati-aliləri, hörmətli cənab Prezident. Sizin və Ermənistanın Baş nazirinin mühüm əhəmiyyətə malik nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyinizdən məmnun oldum.

"Yəni bu, bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan. Ona görə bundan istifadə etməmək tamamilə qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq, artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir, mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu gün isə mənim sədrliyimlə. Nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi, prioritet təşkil edir, mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq. Tezliklə onu başa çatdırmalıyıq və beləliklə, bu sahəyə daha güclü təkan verməliyik", - dövlət başçısı qeyd edib.

"Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Təbii ki, bugünkü müşavirədə müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıca məsələlərdən biridir. Digər üstünlüyümüz isə ondan ibarətdir ki, biz bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda, dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur", - dövlət başçısı qeyd edib.