#Kamçatka sahilləri

Rusiyanın Kamçatka yarımadasında güclü zəlzələ baş verib. Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına əsasən, yanvarın 26-da Bakı vaxtı ilə 13:21-də Kamçatka sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 149 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə qeydə alınıb.

Kamçatkada 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 469 km aralıda baş verib. Yeraltı təkanların ocağı 28,6 km dərinlikdə yerləşib.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. Zəlzələnin episentri 68,8 km dərinlikdə, Petropavlovsk-Kamçatsk şəhərindən 192 km məsafədə yerləşib.Hazırda yeraltı təkanların ətraf ərazilərdə hiss edilib-edilmədiyinə dair məlumat yoxdur.

Rusiyanın Kamçatka yarımadasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.