İsrail Müdafiə Qüvvələri Qəzza zolağında həyata keçirilən hava zərbəsində HƏMAS-ın yüksək rütbəli komandirlərindən biri olan İzzəddin əl-Haddadini hədəf aldığını bildirib. Hücumdan sonra onun vəziyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
#İsrail hava zərbəsi
ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri çərçivəsində ölkənin baş naziri Benyamin Netanyahu ilə görüş keçirməyi planlaşdırır. AzerVoice-un məlumatına görə, Rubio və Netanyahu birlikdə Qüdsdə yerləşən Ağlama Divarını da ziyarət edəcəklər. Dövlət katibinin səfəri İsrailin bir neçə gün əvvəl Qətərin paytaxtı Dohaya endirdiyi hava zərbəsindən sonra baş tutub. İsrail Hərbi Hava Qüvvələri HƏMAS siyasi rəhbərliyinin üzvlərinin yerləşdiyi binanı raketlə vurmuşdu. Fələstin tərəfinin açıqlamasına görə, HƏMAS rəhbərlərindən heç kim həlak olmayıb.
İsrail ordusunun Qətərdə HƏMAS rəhbərlərinə qarşı hücum həyata keçirdiyini elan etməsindən sonra, çərşənbə axşamı qlobal maliyyə bazarlarında gərginlik artdı. Bu bölgədə münaqişəni daha da kəskinləşdirdi və investorları təhlükəsiz sayılan aktivlərə yönəlməyə məcbur etdi. Nəticədə qızılın qiyməti tarixi rekord səviyyəni aşaraq ən yüksək göstəricisinə yüksəldi. Təsir yalnız qızıl ilə məhdudlaşmadı; yapon yeni və isveçrə frankı gün ərzində qazandıqları mövqeləri qorudu. Neftin qiyməti isə bir barel üçün təxminən 1 dollar artaraq 67 dollara yaxınlaşdı.
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları bu gün səhər saatlarında Livanın cənubunda Hizbullaha məxsus hərbi obyektlərə azı səkkiz hava zərbəsi endirib. Bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya zərbələr endirib. İsrailin 12-ci kanalı bu hava hücumlarının Yəmən ərazisindən raket və pilotsuz uçuş aparatlarının atılmasına cavab olaraq həyata keçirildiyini bildirib.
İsrail ordusu Yəmənin paytaxtı Sənaya hava zərbəsi endirib. Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.
İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın cənubunda yerləşən Kuneytra vilayətindəki Daxili İşlər Nazirliyinin qərargahına hava hücumu təşkil edib. Hücum nəticəsində yalnız maddi ziyan qeydə alınıb, insan tələfatı yoxdur.
İsrail Müdafiə Ordusu (SAXAL), Qəzza zolağında HƏMAS-ın "Əl-Furqan" batalyonunun komandir müavinini öldürüb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Putin və Netanyahu telefon danışığında Suriya, İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Rusiya Suriyanın ərazi bütövlüyünü müdafiə edir və İranın nüvə proqramı üzrə vasitəçiliyə hazır olduğunu bildirib.