Fransa ilə İsrail arasında gərginlik artmaqdadır. Dünən, Parisin Fələstin dövlətini tanımaq qərarından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronu “antisemitizmi qızışdırmaqda” ittiham edib. Bu bəyanata cavab olaraq Fransanın rəsmi dairələri Netanyahunun sözlərini “alçaq və saxtakar” adlandırıb.
#Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin qərarı
İsrailin xarici işlər naziri Gideon Saar Fransanın Fələstin dövlətini tanımaq planına cavab olaraq Qüdsdəki Fransa konsulluğunun bağlanmasını təklif edib. İsrail Xarici İşlər Nazirliyi konsulluğun fəaliyyətini “çağırış xarakterli” adlandıraraq, Fransanın İsrail əleyhinə mövqeyi müdafiə etdiyini bəyan edib.
Fələstini tanıyan ölkələrin heç biri faktiki olaraq bir Fələstin dövləti yarada bilməz. Belə bir dövlətin yaradılması yalnız İsrailin razılığı ilə mümkün ola bilər.
Macarıstan hökuməti Fələstin dövlətini tanımağı planlaşdırmadığını və bu məsələdə ilk növbədə fələstinlilər və israillilər arasında sülh razılaşmasının əldə olunmasının vacib olduğunu bəyan edib.
Malta sentyabr ayında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında rəsmi olaraq Fələstin Dövlətini tanıyacağını bəyan edib.
Ərdoğan və Makron arasında telefon danışığında Qəzzada ağırlaşan humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi və Fransanın Fələstini tanıma qərarı müzakirə olunub. Türkiyə Prezidenti iki dövlətli həllin vacibliyini vurğulayıb və Makronun mövqeyini alqışlayıb.