Amir Ohana, Fələstin dövlətinin tanınmasını HƏMAS-ın mükafatlandırılması kimi qiymətləndirib və bu addımın bölgəyə sabitlik gətirməyəcəyini iddia edib. O, bu sözləri Cenevrədə keçirilən 6-cı Dünya Parlament Sədrləri Konfransında çıxış edərkən deyib.
#Ərdoğanın iki dövlətli həll təklifi və davamlı sülh çağırışı
BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.
İsrail, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Fələstin dövlətini tanımaq planları ilə bağlı bəyanatını rədd edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Böyük Britaniya, sentyabr ayında BMT Baş Assambleyasının sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacağını bəyan edib.
Ərdoğan və Makron arasında telefon danışığında Qəzzada ağırlaşan humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi və Fransanın Fələstini tanıma qərarı müzakirə olunub. Türkiyə Prezidenti iki dövlətli həllin vacibliyini vurğulayıb və Makronun mövqeyini alqışlayıb.