#zorla köçürülmə

İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinə nəzarəti ələ keçirməyi nəzərdə tutan hərbi planı təsdiqləyib və 60 minə yaxın ehtiyat əsgərin çağırılması barədə göstəriş verib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyi məlumat yayıb. İsrael Kats “İsrail ordusunun Qəzza şəhərinə hücum planını” təsdiqləyib və “tapşırığın icrası üçün tələb olunan ehtiyat qüvvələrin çağırışına” razılıq verib.

Nazirlikdən verilən açıqlamada, “İsrailin bölgədəki ekspansionist və soyqırım siyasətinin yeni mərhələsini təşkil edən Qəzzada hərbi əməliyyatını genişləndirmək qərarını ən sərt şəkildə qınayırıq. Fələstinlilərə qarşı soyqırımını davam etdirmək və işğalı genişləndirmək üçün fundamentalist Netanyahu hökumətinin atdığı hər bir addım beynəlxalq sülh və təhlükəsizliyə ağır zərbə vurur və bölgədəki böhranı daha da dərinləşdirir.”- deyə bildirilib.

Təhlükəsizlik Kabinetinin baş nazir Benyamin Netanyahunun rəhbərliyi altında Qəzza şəhərinin işğal planını təsdiqləməsi Qəzza zolağının şimalında yaşayan təxminən 1 milyon fələstinlinin məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olacaq. Hazırda 2,3 milyon fələstinli isə zolağın mərkəzi hissəsində dar və infrastrukturdan məhrum bir ərazidə məskunlaşmağa məcburdur.