#FETÖ-nün dövlət strukturlarına sızması

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 10 gündə ölkənin 29 şəhərində FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatlar zamanı 49 şübhəlinin saxlanıldığını, onlardan 39 nəfərinin həbs edildiyini açıqlayıb. Nazir Yerlikaya bu barədə sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, İstanbul, İzmir və Ankara da daxil olmaqla bir çox şəhərdə jandarma qüvvələri tərəfindən koordinasiyalı əməliyyatlar həyata keçirilib. Saxlanılan şəxslər sosial media üzərindən FETÖ təbliğatı aparmaq, təşkilatın hazırkı strukturlarında fəal iştirak etmək, ankesorlu telefonlarla əlaqə yaratmaq və terror təşkilatı ilə əlaqəli saxta yardım qurumlarına maliyyə dəstəyi vermək kimi ittihamlarla axtarılırdı.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatları davam edir. Təşkilatın gizli strukturlarında yüksək vəzifə tutan və barəsində məhkəmə hökmü və axtarış qərarı olan Hakan Kahraman xaricə qaçmaq istəyərkən MİT-in keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixinin ən kritik dönəmlərindən biri yaşandı. Orduya uzun illər sızmış FETÖ (Fətullahçı Terror Təşkilatı) tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdi, ölkənin demokratik nizamını məhv etmək məqsədi daşıyırdı. Lakin bu gecə həm də Türk xalqının azadlıq, iradə və milli birlik uğrunda göstərdiyi misilsiz qəhrəmanlığın simvoluna çevrildi.