Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-də baş vermiş çevriliş cəhdinin 10-cu ildönümü ilə bağlı açıqlama verərək həmin gecə xalqın nümayiş etdirdiyi müqavimətin dünya demokratiya tarixində xüsusi yer tutduğunu bildirib. Türkiyə Prezidenti vurğulayıb ki, xalqın milli iradəsinə sahib çıxaraq küçələrə çıxması və çevriliş cəhdinə qarşı dayanması ölkənin demokratik tarixində mühüm dönüş nöqtəsi olub.
#15 İyul 2016 çevriliş cəhdi
FETÖ-yə qarşı mübarizəmiz davam edir. 1 634 nəfərə ömürlük həbs cəzası verilib. Cəzaçəkmə müəssisələrində 11 min təşkilat üzvü var. Əməliyyatlarımız davam edir.
Bu millət həmin gecə bir tarix yazdı. Daşıdığı güclü imanla bu millət min ildir ki, məzlumlara ümid, düşmənlərə qorxu verən bir millətdir. FETÖ-çülərin ölkəmizi sürükləmək istədiyi çirkli bataqlıq o gecə göstərilən mübarizə ilə quruduldu. Bu işğal cəhdi dəf edildi.
15 iyul ruhunu hər zaman qoruyacağıq, Terrorsuz Türkiyə üçün daim mübarizə aparacağıq.
Türkiyəyə zərər vermək cəhdi keçmişdə olduğu kimi bundan sonra da uğursuzluğa məhkumdur.
2016-cı ilin 15 iyul gecəsi Türkiyə tarixinin ən kritik dönəmlərindən biri yaşandı. Orduya uzun illər sızmış FETÖ (Fətullahçı Terror Təşkilatı) tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdi, ölkənin demokratik nizamını məhv etmək məqsədi daşıyırdı. Lakin bu gecə həm də Türk xalqının azadlıq, iradə və milli birlik uğrunda göstərdiyi misilsiz qəhrəmanlığın simvoluna çevrildi.