#həbs cəzası

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya Qış İstirahət Mərkəzində baş vermiş və 78 nəfərin həyatını itirdiyi, 137 nəfərin isə yaralandığı faciəvi yanğınla bağlı məhkəmə qərarı elan olunub. Məlumata görə, Grand Kartal Otelində baş verən yanğınla bağlı davam edən məhkəmə prosesində otelin sahibi Halit Ergül də daxil olmaqla 11 nəfər təqsirli bilinib. Məhkəmə onların hər birinə ağırlaşdırılmış ömürlük həbs cəzası verib.

Türkiyədə vəzifəsindən uzaqlaşdırılan Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler barəsində yenidən həbs qərarı verilib. Məhkəmə prokurorluğun onun azadlığa buraxılması ilə bağlı qərara etirazını qəbul edib. Prokurorluq Köselerlə yanaşı Veli Gümüş, Serdar Karahan, Havva Dindar və Uğur İnci barədə də azadlığa buraxılma qərarına etiraz edərək onların həbsini tələb edib. Köselerin də aralarında olduğu, 13-ü həbsdə olmaqla ümumilikdə 26 nəfər barəsində “tenderə müdaxilə” və “cinayət məqsədilə təşkilat qurmaq, üzvlük və yardım göstərmək” ittihamları üzrə aparılan istintaqda, Köseler üçün 17 il 6 aydan 67 il 3 aya qədər həbs cəzası istənilib. Digər 25 təqsirləndirilən şəxs üçün də müxtəlif ittihamlarla fərqli müddətlərdə həbs cəzaları tələb olunub.

Norveç şahzadəsi Mette-Maritin 28 yaşlı oğlu Marius Borq Hoibi zorlama, məişət zorakılığı və cinsi istismar da daxil olmaqla 32 ittihamla məhkəmə qarşısına çıxacaq. Təqsirli bilinərsə, ona 10 ilə qədər həbs cəzası verilə bilər. Məlumata görə, Hoibinin məhkəməsi 2026-cı ildə başlayacaq. O, 2024-cü ilin noyabrında başladılan istintaq çərçivəsində bir həftəlik həbs olunub. Prokurorlar dörd ayrı istismar hadisəsi və bəzi sui-istifadələrin telefona qeydə alındığını açıqlayıb.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 13 nəfərdən 6-sı həbs edilib, 7 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən uzaqlaşdırılmış İBB sədri Əkrəm İmamoğlunun da adının hallandığı, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.

Jandarm qüvvələri tərəfindən aparılan əməliyyat çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı müxtəlif ünvanlarda axtarışlar aparılıb. Əməliyyat nəticəsində 14 nəfər saxlanılaraq həbs olunub. Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı son aylarda bir neçə dəfə hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar və əməliyyatlar həyata keçirilib.

ABŞ-ın baş prokuroru Pam Bondi sosial şəbəkədə yayımlanan videomüraciətində Maduronu mütəşəkkil cinayətkar qruplaşmalarla əməkdaşlıqda ittiham edib. Dövlət Departamenti bildirib ki, Vaşinqton bundan əvvəl Maduro ilə bağlı məlumat üçün 25 milyon dollar mükafat təklif edirdi. Qeyd edək ki, Nikolas Maduro 2013-cü ildən Venesuela prezidentidir və ABŞ administrasiyası uzun müddətdir onu korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar ittiham edir.

Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatına qarşı əməliiyat keçirilib. İŞİD-ə maliyyə dəstəyi verən və təşkilat daxilində silahlı fəaliyyət göstərən şəxslərin saxlanılması məqsədilə həyata keçirilən əməliyyat çırçivəsində 5 milyon lirədən artıq maliyyə dövriyyəsinə sahib olduğu müəyyən edilən 6 nəfər saxlanılıb. Məhkəməyə çıxarılan şübhəlilərdən 4-ü həbs olunub, 2-si isə deportasiya edilib. Bundan əvvəl, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD-ə qarşı 14 vilayətdə keçirdiyi əməliyyatlarda 26 nəfərin saxlanıldığını açıqlamışdı.

Bursanın Harmancık bölgəsində baş verən meşə yanğınını törətməkdə şübhəli bilinən 30 yaşlı Ufuk Aytekin, "qəsdən yandırma" ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Yanğınlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılan Ufuk Aytekinin daha əvvəl FETÖ ilə əlaqəsinə görə haqqında hüquqi tədbirlər görülüb.