ABŞ-ın müdafiə naziri Pit Heqset İranla hərbi qarşıdurma niyyətlərinin olmadığını bildirib. Nazirin sözlərinə görə, məqsəd İranın bölgədə yaratdığı təzyiqləri aradan qaldırmaq və ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etməkdir. Heqset vurğulayıb ki, ABŞ bu prosesdə İranın hava məkanı və ya ərazi sularına daxil olmağa ehtiyac duymur və qarşıdurma niyyətində deyil
#İranın hava məkanı
İran, hava məkanını qlobal hava nəqliyyatı üçün açdı və daxili və beynəlxalq uçuşları bərpa etdi.
İran rəsmiləri, ölkənin şimal, qərb və cənub bölgələrində daxili və beynəlxalq uçuşlara tətbiq edilən qadağanı 30 iyun tarixinə qədər uzadıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli hava yolu şirkəti "Emirates" İranda uçuşlara qoyulan məhdudiyyəti uzadaraq, Dubay və Tehran arasında 5 iyul da daxil olmaqla bütün reysləri ləğv edib.
İran Mərkəzi və Qərb bölgələri üzərindəki hava məkanını beynəlxalq aviareyslər üçün açıb.
İran hakimiyyəti ölkənin hava məkanının bağlı qalma müddətini 22 iyun tarixinə qədər uzatmaq qərarına gəlib.