İordaniya Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan atılan beş raketi zərərsizləşdirdiyini açıqlayıb. İordaniya Silahlı Qüvvələri bəyan edib ki, ölkənin hava məkanının, əhalisinin və milli təhlükəsizliyinin qorunması üçün bütün zəruri tədbirlər görülür. Həmçinin ordunun istənilən təhlükəyə qarşı yüksək döyüş hazırlığı vəziyyətində olduğu vurğulanıb.
#İran hava hücumları
İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr Suriyanın mərkəzində yerləşən Hums vilayətində Suriya Silahlı Qüvvələrinə məxsus anbarlara hava zərbələri endirib.
ABŞ-ın hərbi nəşri Military Watch Magazine (MWM) İsrailin beşinci nəsil F-35I “Adir” qırıcılarının iyun ayında İranın paytaxtı Tehrana endirdiyi hava zərbələri zamanı Prezident Məsud Pezeşkianın yerləşdiyi bunkeri hədəf aldığını iddia edib.