#Şərqi Zəngəzur

Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, ölkəmiz dünyada müxtəlif sivilizasiyaların və milli-mədəni rəngarəngliyin bir arada yaşadığı tolerant və multikultural mühitə malikdir. Ombudsman çıxışında vurğulayıb ki, Azərbaycan vətəndaşlarının gündəlik həyatında tolerantlıq və multikulturalizm prinsipləri əsas rol oynayır və dövlət-din münasibətləri konstitusion hüquqlar əsasında tənzimlənir. Səbinə Əliyeva qeyd edib ki, ölkədə bütün dini etiqad sahiblərinin hüquqları qanun qarşısında bərabərdir və vicdan azadlığı təmin edilir.

Azərbaycan investisiya üçün etibarlı və olduqca strateji məkandır. Bunu Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib. O qeyd edib ki, Azərbaycan son illər formalaşdırdığı stabil iqtisadi siyasət, şəffaf biznes mühiti və dövlət-özəl sektor əməkdaşlığı modeli ilə regionun ən cəlbedici investisiya məkanlarından birinə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli UNESCO-nun MONDIACULT 2025 konfransı çərçivəsində keçirilən “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun Üçüncü Yüksək Səviyyəli Nazirlər Dialoqunda çıxış edib.Nazir ev sahibliyinə görə İspaniyaya, təşəbbüsə dəstəyə görə Braziliya və BƏƏ-yə təşəkkürünü bildirib, COP28 və COP29-un nəticələrini xüsusi vurğulayıb.

Orta Dəhliz üzrə tranzit həcmləri artmaqda davam edir, Zəngəzur Dəhlizinin istifadəyə verilməsi isə bu rolu daha da möhkəmləndirəcək. Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib. O vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji regional mərkəz rolunu daha da gücləndirir: "Müasir infrastruktur – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt İqtisadi Zonası və yenilənmiş dəmir yolu şəbəkəsi investorlar üçün qlobal bazarlara birbaşa çıxış və səmərəli logistika həlləri yaradır".

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur. Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə 2019-cu ildə göndərilən yüklərin həcmi ilə müqayisədə 2024-cü ildə 5 dəfəyə qədər artım əldə olunub: