yerli medianın bildirdiyinə görə, yaralılardan biri məsciddən çıxarkən güllələnib. Polis hadisə ilə bağlı “adam öldürməyə cəhd” maddəsi üzrə araşdırma başladığını açıqlayıb. Hücumun təfərrüatları və şübhəlinin tutulub-tutulmadığı barədə hələlik məlumat verilməyib. Qeyd edək ki, son illərdə İsveçdə silahlı zorakılıq halları və məscidlərə qarşı təxribatlar artmaqdadır
#Avropada zorakılıq
ABŞ-ın Nyu Meksiko ştatının hökuməti Espanola şəhəri və onun ətraf bölgələrində zorakılıq cinayətlərinin və narkotiklərin qanunsuz dövriyyəsinin artması səbəbindən fövqəladə vəziyyət elan edib. Ştatın qubernatoru Mişel Lujan Qrisham bildirib ki, polisə kömək çağırışlarının sayı son iki ildə iki dəfədən çox artıb. Onun sözlərinə görə, cinayət fəaliyyəti evsizliyi, ailə qeyri-sabitliyini və ölümlə nəticələnən həddindən artıq dozaları artıraraq yerli idarələrə böyük yük qoyur.
Nigeriyada 2025-ci ilin iyun ayında baş verən silahlı hücumlar, terror aktları və zorakılıq hallarının nəticəsi olaraq 1111 nəfər həlak olub, 276 nəfər isə qaçırılıb.