ABŞ-nin Venesuelaya əməliyyatına Elon Maskdan dəstək gəldi. Mask Venesuelaya 1 ay ərzində Starlink vasitəsilə pulsuz internet veriləcəyini bildirib. Məşhur milyarder Elon Mask ABŞ-nin yanvarın 3-də Venesuelada həyata keçirdiyi əməliyyatdan sonra, öz şirkəti Starlink vasitəsilə ölkəyə 1 ay pulsuz internet təqdim edəcəyini açıqlayıb. Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ABŞ qüvvələri tərəfindən ölkədən çıxarılmasından sonra Mask əməliyyatla bağlı əvvəlcə dəstək mesajı paylaşıb. Maduroya qarşı “amansız bir tiran” ifadəsini işlədən Mask, özünə məxsus X sosial media platformasında “Venesuela artıq layiq olduğu rifaha qovuşa bilər” sözlərini paylaşıb.
#Tramp-Mask münasibətləri
Milyarder iş adamı Elon Mask ABŞ-da üçüncü siyasi qüvvə kimi təsis etməyi planlaşdırdığı “Amerika Partiyası” layihəsini hələlik dayandırıb. Buna səbəb kimi respublikaçı seçicilərin parçalanması riski və vitse-prezident J.D. Venslə münasibətlərə xələl gəlməsi ehtimalı göstərilir. Wall Street Journal-ın məlumatına görə, Mask diqqətini daha çox öz şirkətlərinə yönəltmək qərarına gəlib. O, respublikaçı elektoratın parçalanmasının qarşısını almaq və Venslə münasibətləri qorumaq üçün partiya planlarından geri çəkilib. Rəsmilər bildiriblər ki, milyarder gələcəkdə – xüsusilə 2028-ci ildə prezident seçkilərində Vensin namizədliyi halında ona maliyyə dəstəyi verməyi nəzərdən keçirir.
ABŞ prezidenti Donald Tramp milyarder iş adamı İlon Maskın üçüncü siyasi partiya qurmaq ideyasına sərt reaksiya verib.
Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask ABŞ-da yeni siyasi partiya yaratmaqla bağlı təşəbbüsünü yenidən gündəmə gətirib.
ABŞ prezidenti Donald Tramp və texnologiya milyarderi İlon Mask arasında siyasi gərginlik artmaqdadır.
Amerikalı iş adamı və “X” sosial platformasının sahibi Elon Mask ABŞ-da mövcud iki partiyalı sistemə alternativ olaraq “xalqı düşünən” yeni siyasi partiyanın yaradılmasını təklif edib.
ABŞ mətbuatında İlon Maskla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutduğu barədə məlumatlar yayılıb.
Milyarder Elon Mask ABŞ Prezidenti Donald Tramp haqqında keçən həftə etdiyi bəzi paylaşımlarına görə peşman olduğunu açıqlayıb.