#Hikmət Hacıyev

Azərbaycan və Fransa diplomatları arasında müzakirələr aparılıb. Bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut "X" hesabında yazıb. "Prezidentin Avropa üzrə diplomatik müşaviri Bertran Buşvalter və Fransa Xarici İşlər Nazirliyinin Avropa üzrə direktoru Bris Rokföy ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etmək üçün Bakıya səfər ediblər.

Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edib. "Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir", – Hacıyev paylaşımında qeyd edib.

Prezident İlham Əliyev Çinin aparıcı şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Tiencin şəhərində jurnalistlərə açıqlamasında deyib. "Əməkdaşlığımızın siyasi xarakteri həm iqtisadi, həm ticarət əlaqələrində, həm də nəqliyyat əlaqələrinin inkişafı və texnoloji tərəfdaşlığın gücləndirilməsi təşəbbüslərində öz əksini tapır. Prezident İlham Əliyev bu gün Çinin müxtəlif sahələrdə - enerji və bərpa olunan enerjidən tutmuş texnologiya, rabitə və digər sənaye sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək. Əminik ki, bu səfər Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olacaqdır", - deyə H.Hacıyev qeyd edib.

Zəngəzur dəhlizinin açılması Azərbaycan və Çin arasında əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradacaq. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Tiencin şəhərində jurnalistlərə açıqlamasında deyib. "Əməkdaşlığımızın digər mühüm sahəsi nəqliyyat kommunikasiyalarıdır. Azərbaycan bizim ərazimizdən keçən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan Orta Dəhlizin inkişafında əsas rol oynayır", - deyə H.Hacıyev qeyd edib.