Avstraliyada 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağasına populyar forum saytı Reddit və canlı yayım platforması Kick də daxil edilib. ABC News-in xəbərinə görə, 10 dekabrdan qüvvəyə minəcək qadağa çərçivəsində indiyə qədər Facebook, X, Snapchat, TikTok, YouTube, Instagram və Threads kimi ümumilikdə yeddi platforma hədəfə alınmışdı.
#TikTok yaş məhdudiyyəti
İsveç hökuməti 2026-cı ildən etibarən ibtidai, orta və yuxarı məktəblərdə ağıllı mobil telefonların istifadəsini qadağan etmək barədə qərar verib. İsveçin Təhsil naziri Simona Mohamsson, ölkənin rəsmi radiosu SR-ə verdiyi açıqlamada bildirib ki, bütün məktəb pillələrində şagirdlərin dərs vaxtı ilə yanaşı teneffüslərdə də telefon istifadə etməsinə icazə verilməyəcək. Nazir əlavə edib ki, bu qərarın həyata keçirilməsi üçün hökumət 10 milyon dollar büdcə ayırıb.
ABŞ prezidenti Donald Tramp qısa video platforması TikTok-un satışı ilə bağlı mühüm açıqlama verib.