Türkiyə və Suriya arasında xarici işlər, müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə terrorla mübarizə, sərhəd təhlükəsizliyi və Suriyadakı vəziyyət mövzularında mühüm görüş keçirilib. Görüş bazar günü Ankarada, Türkiyə Xarici İşlər Nazirliyində baş tutub.
#İbrahim Kalın kimdir?
İbrahim Kalın, 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurum İspirlidən olan bir ailənin övladı olaraq dünyaya gəlib. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündə bakalavr təhsilini tamamlayıb. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.