İspaniya Xarici İşlər naziri Xose Manuel Albares bildirib ki, Qəzzaya doğru yola çıxan Azadlıq Flotiliyasında iştirak edən 44 fəal İsraildən İspaniyaya deportasiya olunacaq. Qeyd edək ki, bu həftə beynəlxalq sular üzərində fəalların saxlanılmasından sonra İspaniya İsrailin hərbi əməliyyatını beynəlxalq hüquqa zidd olaraq “qanunsuz” adlandırıb və vətəndaşlarının dərhal sərbəst buraxılmasını və təhlükəsiz şəkildə geri qaytarılmasını tələb edib.
#Xose Manuel Albarez
20 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı aparılıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Avropa İttifaqını (Aİ), Qəzza zolağında münaqişə davam etdiyi müddət ərzində İsraillə assosiasiya sazişinin icrasını dayandırmağa çağırıb.