28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.
#Əli Xamenei Suriya açıqlamaları
Siyasətdə, tarixdə olduğu kimi, simalar asanlıqla yox olmur. Ali rəhbər Əli Xameneinin fiziki yoxluğu onun onilliklər ərzində formalaşdırdığı siyasi və ideoloji irsin dərhal silinməsi demək deyil. Bu irs İran sisteminin strukturunda, eləcə də rejimin daxili və xarici siyasətində yaşamağa davam edir. Hazırda bu kölgənin altında atasının varisi kimi Müctəba Xamenei boy göstərir.
“İran xalqı nə təhdidi, nə də təhqiri qəbul edir”-deyə İran Xin xrəhbəri “X” platformasında paylaşım edib.
Həqiqət, təxribat və ABŞ-İran qarşıdurmasının mümkün ssenariləri
İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, İranın ali lideri Əli Xamenei ABŞ-ın rəhbərliyi ilə İraqa müdaxilə zamanı devrilmiş və sonradan edam edilmiş Səddam Hüseynin taleyini yaşaya bilər.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın “ABC News” telekanalına verdiyi açıqlamada bildirib ki, İranın ali lideri Əli Xameneinin öldürülməsi bu ölkə ilə münaqişəni bitirə bilər.
Böyük Şeytanla dialoq aparan İranın ali rəhbəri Əli Xamenei 10 may tarixində “Əmək və İşçilər Həftəsi” münasibətilə Suriya hökumətini dolayı yolla təhdid edərək bildirib ki, “Suriyada etdikləri gücün deyil, zəifliyin göstəricisidir və bu, daha da zəifləməyə səbəb olacaq