Baykar rəhbəri Səlcuq Bayraktarın sözlərinə görə, hazırda PUA alan ölkələrin sayı 42-yə çatıb. Şirkət hər il bir neçə dəfə təşkil etdiyi TEKNOFEST festivalı ilə hərbi nümayişləri və texnoloji yarışmaları bir araya gətirir.
#Baykar Avropa bazarına çıxış
Bayraktar KIZILELMA layihəsinə 2021-ci ildə start verilib. İlk prototip — TC-ÖZB quyruq nömrəli KIZILELMA — 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxaraq Çorlu AKINCI Uçuş Təlim və Sınaq Mərkəzinə gətirilib. Burada uğurla yer testlərini tamamladıqdan sonra təyyarə 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirib.
Türkiyənin pilotsuz uçuş aparatları sahəsində lider şirkəti Baykar, İtaliyanın tarixi aviasiya brendi Piaggio Aerospace-in satınalma prosesini rəsmi olaraq tamamlayıb.