Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il əhali 0,75 faiz azalaraq 120 milyon 65 min nəfərə düşüb. Bu, 1968-ci ildən bəri aparılan statistikada ən böyük azalma olub. Baş nazir Şigeru İşiba vəziyyəti “sakit fövqəladə vəziyyət” adlandıraraq, ailəyə dəstək tədbirləri – daha çevik iş saatları və pulsuz uşaq baxımı kimi planları açıqlayıb.
#Asiyada əhali azalması
Kyodo News-un məlumatına görə, Yaponiya hökuməti yerli vətəndaşların sayının 120 milyon 653 min nəfərə düşdüyünü açıqlayıb. Əhalinin azalması ardıcıl 16-cı ildir davam edir. Mütəxəssislər bu azalmaya əsas səbəb kimi cəmiyyətin qocalması və doğum səviyyəsinin kəskin şəkildə aşağı düşməsini göstərirlər. Rəsmi statistikaya görə, Yaponiyanın ümumi əhalisi 123,8 milyon nəfərdir.