Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın Sahil Təhlükəsizlik xidmətinə məxsus katerlə toqquşması nəticəsində 5 nəfər həlak olub. Bu barədə Balıkesir Valiliyi açıqlama yayıb. Bildirilib ki, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Sahil Təhlükəsizlik Şimal Egey Qrup Komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı bir qaçaqmalçı və 34 miqrantı daşıyan yüksək sürətli fiber gövdəli qayıq sahil mühafizə katerinə çırpılıb.
#qayıq
Çinin şimalında, Bohay dənizində yük gəmisi ilə balıqçı qayığı toqquşub. Toqquşma nəticəsində balıqçı qayığı aşıb və heyətin bir hissəsi dənizdə itib. İtkin düşənlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Qəza ilə bağlı məsuliyyət və səhlənkarlıq ehtimalları araşdırılacaq.
“The National Interest” jurnalının dərc etdiyi hesabatda Türkiyənin Reis sinfi sualtı qayıqlarının Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığı bildirilib. Almaniyanın Type 214 platforması əsasında Türkiyədə istehsal olunan bu sualtı qayıqlar, havadan müstəqil hərəkət sistemi (AIP), aşağı səs-küy səviyyəsi və yüksək dözümlülük kimi qabaqcıl texnologiyalarla təchiz edilib. Hesabatda qeyd olunub ki, bu xüsusiyyətlər Türkiyəyə Şərqi Aralıq dənizi, Qara dəniz və Egey dənizində strateji üstünlük təmin edir.
Hadisə İstanbulun Beykoz rayonunda baş verib. Qayıqda olan dörd nəfərdən üçü xilas edilərək Dəniz Komandanlığına aparılıb.