Yeni iqtisadi təhlilə əsasən, ABŞ və İsrailin İranla bağlı hərbi qarşıdurmasının yaratdığı enerji böhranı və bazar qeyri-müəyyənliyi son üç ay ərzində amerikalı istehlakçılara milyardlarla dollar əlavə xərc yükləyib. Hesabatda qeyd olunur ki, yanacaq qiymətlərinin və aviabiletlərin bahalaşması nəticəsində orta hesabla hər bir ABŞ ailəsinin xərcləri yüzlərlə dollar artıb. İqtisadçılar xəbərdarlıq edirlər ki, münaqişə uzandıqca istehlakçıların alıcılıq qabiliyyəti zəifləyə və ölkə iqtisadiyyatında əlavə ləngimə yarana bilər. Təhlil həmçinin göstərir ki, enerji qiymətləri hazırkı səviyyədə qalarsa, bir il ərzində ailələrin əlavə maliyyə yükü daha da böyüyəcək.
#ABŞ iqtisadiyyatı
ABŞ Prezidenti Donald Tramp İranla bağlı müharibə riskinin iqtisadi təsirlərini “əhəmiyyətsiz” adlandıraraq artan benzin qiymətlərinin ciddi problem olmadığını bildirib. Trampın sözlərinə görə, Tehran Vaşinqtonun iqtisadi təzyiq qarşısında geri çəkiləcəyini düşünüb, lakin ABŞ administrasiyası sərt mövqeyini qorumaqda qərarlıdır. Analitiklər hesab edirlər ki, Ağ Ev həm iqtisadi narahatlıqları minimum göstərməyə, həm də İranla danışıqlarda geri addım atmayacağı mesajını verməyə çalışır.
ABŞ Prezidenti Donald Trump müharibənin uzun çəkməyəcəyini və onun başa çatmasından sonra neft qiymətlərinin düşərək inflyasiyanın azalacağını bildirib. O, enerji bazarında böyük “neft axını” yaranacağını və fond bazarlarında yüksəliş gözləndiyini vurğulayıb.
ABŞ-də istehlak inflyasiyası apreldə illik ifadədə 3,8 faizə yüksəlib. Rəsmi məlumatlara görə, enerji və yanacaq qiymətlərindəki artım, eləcə də İranla bağlı geosiyasi gərginlik inflyasiya təzyiqlərinin güclənməsinə təsir göstərib.
Tariflər sayəsində ABŞ dünya tarixində ən böyük olan artan ticarət kəsirini kəskin şəkildə azaltdı. "Hər il 1 trilyon dollardan çox itiririk və bu, sadəcə olaraq, boşa gedirdi. Lakin bir il ərzində aylıq ticarət kəsirimizi 77% azaldıb, inflyasiya olmadan - çoxlarının qeyri-mümkün hesab etdiyi bir şey", - deyə Tramp vurğulayıb.
ABŞ iqtisadiyyatı Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ilin aprel ayında proqnozlaşdırdığından iki dəfə sürətli böyüyəcək. ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında deyib. "Cəmi bir ildən bir az çox əvvəl, radikal solçu Demokratların dövründə biz ölü bir ölkə idik. İndi ABŞ iqtisadiyyatı BVF-nin ötən aprel ayında proqnozlaşdırdığından ikiqat sürətlə böyüyür. Və mənim böyümə siyasətlərim və tariflərimlə daha da sürətlə böyüməlidir. Həqiqətən inanıram ki, daha yaxşı işlər görə bilərik. Bu, bütün ölkələr üçün əla xəbərdir. ABŞ planetin iqtisadi mühərrikidir və Amerika çiçəklənəndə bütün dünya çiçəklənir. Tarix bunu göstərir. Və indi biz əvvəllər heç vaxt çatmadığımız bir səviyyədəyik. Heç vaxt düşünməmişdim ki, bunu bu qədər sürətlə edə bilərik", - deyə Tramp bildirib.
ABŞ ümumilikdə 18 trilyon dollarlıq rekord investisiya öhdəlikləri əldə edib. ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında bildirib. "Bayden administrasiyasının ölkəmizə 1 trilyon dollardan az yeni investisiya cəlb etdiyi dörd ildən sonra rekord həddə - 18 trilyon dollarlıq öhdəliklər əldə etdik və yekun hesablama aparıldıqda ümumi məbləğin 20 trilyon dollara yaxın olacağını gözləyirik. Tarixdə heç bir ölkə buna nail olmayıb, hətta ona yaxınlaşmayıb", - Tramp bildirib.